Qovluqlarda fayllar saxlanılır. Əgər qovluğun
içindəki faylların özlərini də hansısa qaydada nizamlamaq lazım gələrsə, onda bir qovluğun içində
yeni qovluqlar yaratmaq olar.
Qovluqlar üzərində əməliyyatlar
A R A Ş D I R A Q – Ö Y R Ә N Ә K
Kompüterin iş masasında qovluğunu tapın və açın. Aşağıdakı
suallara cavab verin:
qovluğunda hansı qovluqlar var?
Library qovluğunda olan qovluqlarla tanış olun. Bu qovluqlar
hansı informasiyaları saxlamaq üçündür?
• • • S U A L V Ə T A P Ş I R I Q L A R • • •
Qovluq nədir və orada nə saxlanılır?
Kompüterdəki qovluqlarla adi kağız qovluqların hansı ortaq və
fərqli əlamətləri var?
Hər bir qovluğu “tanıdan” nədir?
Nə zaman bir qovluğun içərisində başqa qovluq yaratmaq zərurəti
yaranır?
Kompüterdə qovluğu açmaq üçün nə etmək lazımdır?
Qovluqlar üzərində hansı əməliyyatları aparmaq olar?
Aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin:
Qovluqlarda fayllar və başqa qovluqlar yerləşdirilə bilər.
Yeni qovluq yaratmaq üçün New⇨File menyu komandasından istifadə olunur.
Uzaqlaşdırılmış fayllar Recycle Bin qovluğuna atılır.