Kompüterdə olan şəkil, mətn, musiqi və başqa obyektlər kompüterin yaddaşında ayrıca adlar altında saxlanılır. Onların sayı yüzlərlə, minlərlə ola bilər. Kompüterdə hər bir mətn sənədi, musiqi, şəkil, video ayrılıqda fayl adlanır.
Kompüterdə lazım olan faylları tez tapmaq üçün onları nizamlı saxlamaq lazımdır. Bunun üçün qovluqlardan istifadə olunur. Hər bir qovluğun adı və simgəsi olur.
Adətən, kompüterdə adi qovluqlar eyni simgə ilə göstərilir . Bəzi qovluqların xüsusi simgəsi var.
Computer qovluğu vasitəsilə kompüterdə saxlanılan bütün informasiyalara, o cümlədən bütün qurğulara müraciət etmək olar. İstifadə olunmayan və kompüterdə saxlanmasına ehtiyac duyulmayan sənədlər Recycle Bin qovluğuna atılır. qovluğu kompüter istifadəçisinin yaratdığı sənədləri saxlamaq üçün nəzərdə tutulub. Bunlardan başqa, iş masasında çoxlu sayda qovluqlar da ola bilər.