Kompüterdə menyudan istifadə edilməsi
Göstərişləri yerinə yetirin və sualları cavablandırın.
-
Tapşırıqlar zolağında klaviaturanın dil indikatorunu tapın.
İndikator En, Az, yaxud Ru yazılarından hansını göstərir?
-
Siçanın göstəricisini onun üzərində çıqqıldadın. ✓ işarəsi hansı
sətrin qabağındadır?
-
Siçanın göstəricisini açılan siyahının sətirləri üzərində hərəkət etdirin. Bu zaman
sətirlərin rəngi necə dəyişir?
-
Az sətrini seçdirin və siçanın sol düyməsini çıqqıldadın.
Klaviatura Azərbaycan əlifbası ilə iş rejiminə keçəcək. Pəncərə
bağlandıqdan sonra En, Az, yaxud Ru yazılarının hansı görünür?
-
Tapşırıqlar zolağında saat indi katorunu ikiqat çıqqıldatmaqla təqvimi açın. Ay, il və
gün harada yazılıb?
-
Date bölümündə ili, ayı və
günü dəyişib öz ad
gününüzün tarixini qoyun.
Ayı dəyişmək üçün neçə
seçim var?
-
Yenidən cari tarixi bərpa
edin.