Çıqqıltını ikiqat çıqqıltı ilə qarışdırmayın! İkiqat (qoşa) çıqqıltı
siçanın sol düyməsinin iki dəfə cəld ardıcıl basılıb-buraxılmasına deyilir. Nəyisə (proqramı, sənədi)
açmaq üçün ikiqat çıqqıltıdan istifadə olunur.
İş masasının fonunu – üzərində simgələr yerləşən şəkli dəyişmək olar. Bu zaman simgələrin yeri dəyişmir.
A R A Ş D I R A Q – Ö Y R Ә N Ә K
Evdə, məktəbdə, yaxud başqa yerdə olan hər hansı iki kompüterin iş
masasını müqayisə edin. Aşağıdakı suallara cavab verin:
1. Kompüterlərin iş masasında neçə simgə var?
2. İş masalarının fonunda hansı şəkillər təsvir olunub?
3. Tapşırıqlar zolaqlarının rəngi və oradakı simgələr eynidirmi?
• • • S U A L V Ə T A P Ş I R I Q L A R • • •
-
Kompüterin iş masası nədir və orada nələr yerləşdirilir?
-
Kompüterdəki bütün proqramların simgələrini iş masasında yerləşdirmək olarmı?
-
Göstərici nədir və o nəyi “göstərir”?
-
İkiqat çıqqıltı nədir və onun adi çıqqıltıdan fərqi nədədir?
-
Aşağıdakı fikirlərdən yalan olanları doğruya çevirin:
- Kompüter tam yükləndikdən sonra açılan ilk ekran iş masası adlanır.
- Siçanın sol düyməsinin basılmasına tıqqıltı deyilir.
- Siçanın göstəricisini obyektin simgəsinin üzərinə gətirib çıqqıldatdıqda obyekt
silinir.
- Siçanın göstəricisini obyektin simgəsinin üzərinə gətirib ikiqat
çıqqıldatdıqda obyekt açılır.
- İş masasında obyektin yerini dəyişmək üçün siçanın sağ düyməsini basıb hərəkət
etdirmək lazımdır.