Müzakirə edək:
  • Sizcə, “Recycle Bin” (“Çöp qabı”) nə üçün lazımdır?
  • Klaviaturanın dil indikatoru nə üçündür?
S Ö Z L Ü K
  • İş masası
  • Simgə
  • Tapşırıqlar zolağı
  • Siçanın göstəricisi
  • Çıqqıltı
  • İkiqat çıqqıltı
  • İndikator

Kompüter işə salındıqdan sonra onunla işləmək üçün ekrana çıxan görüntü də İş masası adlanır. Kompüterin iş masasında kiçik şəkillər yerləşdirilib. Belə kiçik şəkillərə simgələr deyilir. Hər bir simgə müəyyən obyektə bağlı olur. Tez-tez istifadə olunan proqram və sənədlərin simgələri iş masasına yerləşdirilir.

İş masasının lap aşağısında Tapşırıqlar zolağı yerləşir. Tapşırıqlar zolağının sağ tərəfində bildirişlər sahəsi var. Həmin sahənin sağ ucunda saat və klaviatura indikatorunu görmək olar.

Siçanla işləyərkən ekranda hərəkət edən kiçik ox () siçanın göstəricisi adlanır. Göstərici siçanın bütün hərəkətlərini ekranda əks etdirir. Siçanın sol düyməsinin basılmasına çıqqıltı deyilir. Siçanın düyməsini çıqqıldatmaqla ekranda hər hansı obyekti seçdirmək olar.