Kompüterdə çoxlu sayda proqram olur. Onların vasitəsilə mətnlərlə işləmək, şəkil çəkmək, musiqiyə qulaq asmaq və başqa işləri yerinə yetirmək olar. Sərbəst işləməyi bacaran hər bir kompüter istifadəçisi öz kompüterinə müxtəlif proqramlar yükləyə bilər.
Elə bir proqram var ki, o bütün kompüterlərdə olmalıdır. Bu proqram əməliyyat sistemidir.
Fərdi kompüterlərdə ən çox işlənən əməliyyat sistemi Windows əməliyyat sistemidir. Bundan başqa, Mac OS, Linux, Android kimi əməliyyat sistemləri də var.
Əməliyyat sistemi kompüterin başlıca proqramıdır. Kompüteri işə salan kimi ilk yüklənən məhz bu proqramdır. Əməliyyat sistemi kompüterin bütün işini idarə edir. Bu proqram olmadan kompüterdə işləmək mümkün deyil.