S Ö Z L Ü K
-
Fərdi kompüter
-
Masaüstü kompüter
-
Noutbuk kompüter
-
Planşet kompüter
-
Ovuciçi kompüter
Ovuciçi kompüterlər ölçülərinə görə planşet kompüterlərdən kiçik olur. Cibə yerləşdiyindən onlara cib kompüterləri də deyirlər. Planşetlərdə olduğu
kimi, bu kompüterlərdə də öz qələmi ilə
işləmək olur.
A R A Ş D I R A Q – Ö Y R Ә N Ә K
Evdə və ya məktəbdə olan masaüstü kompüterə diqqət yetirin. Onun
hissələrinin bir-birinə necə bağlandığını araşdırın. Əgər evinizdə, yaxud yaxınlarınızda noutbuk
varsa, bu iki növ kompüterin uyğun hissələrini müqayisə edin.
• • • S U A L V Ə T A P Ş I R I Q L A R • • •
-
Fərdi kompüter nədir və onun hansı növləri var?
-
iPad kompüterlərin hansı növünə aiddir?
-
Mobil telefonlar kompüterlərin hansı imkanlarına malikdir?
-
Sizə aşağıdakı məqsədlər üçün kompüter almaq lazımdır. Hansını
seçərdiniz?
-
Evdə kompüter proqramlarında işləmək, böyükhəcmli oyunlar oynamaq, musiqiyə qulaq asmaq.
A) ovuciçi kompüter B) masaüstü kompüter
-
Müxtəlif yerlərə özünüzlə aparmaq, kompüter proqramlarında
işləmək və İnternetə qoşulmaq.
A) noutbuk B) masaüstü kompüter
-
Sizə gələn məlumatları küçədə, evdə, yaxud başqa yerdə almaq və
dərhal cavablandırmaq.
A) ovuciçi kompüter B) noutbuk