Ö Z Ü M Ü Z Ü Q İ Y M Ə T L Ə N D İ R Ə K
-
Fidan Milli İncəsənət Muzeyində məşhur rəssamların əsərləri ilə
tanış oldu. O, informasiyanı necə aldı?
A) dadmaqla B) görməklə C) iyləməklə D) toxunmaqla
-
Anası Orxanın alnına toxundu və dərman gətirməyə getdi. O, Orxan haqqında hansı informasiyanı aldı?
A) alnı soyuqdur B) yemək yeməyib
C) qızdırması var D) dərslərini hazırlamayıb
-
İnsan ətraf aləmdən informasiyanı, əsasən, bu duyğu üzvü
vasitəsilə alır:
A) qulaq B) göz C) dəri D) dil
-
Əgər sözdə saitləri “0”, samitləri isə “1” ilə göstərsək, “alətlər”
sözü necə təqdim olacaq?
A) 0011001 B) 0101111 C) 0101101 D) 1001010
-
Futbol oyununda hakimlər hansı kodlardan istifadə edirlər və həmin kodların açması nədir?
-
Fuad xoşladığı avtomobilin şəklini dostuna göstərdi. Burada şəkil
nədir?
A) avtomobilin maddi modeli B) avtomobilin informasiya modeli
-
Şəkil nəyin informasiya modelidir?
A) Yer kürəsinin B) Günəş sisteminin
C) kosmosun D) qalaktikanın
-
Bu həcmlərdən ən böyük olanı hansıdır?
A) 1024 bayt B) 2048 bit C) 1 Kbayt D) 1025 bayt
-
“Nümunə” sözünün informasiya həcmi nə qədərdir?
A) 42 bit B) 6 bit C) 48 bayt D) 48 bit
-
“Oğuz elinin adəti vardı. Oğuz igidlərini, xatınlarını şənliyə, toya
çağıranda uca dağın başında bir tonqal qalanardı. ... İki tonqal
qalayanda bilərdilər ki, elin başında qəza var, təhlükə var,
düşmən basqını gözlənilir...” Verilmiş bu parçada hansı informasiya prosesi təsvir olunub?