Məsafəni ölçmək üçün metrlə yanaşı, kilometrdən, ağırlığı ölçmək üçün qramla yanaşı, kiloqramdan
istifadə edilir. Böyük həcmli informasiyanı ölçmək üçün baytdan böyük vahidlər də tələb
olunur.
Bu informasiya daşıyıcılarının tutumunu öyrənin və onları müqayisə
edin.
Disket
CD-ROM
Fləş-yaddaş
DVD
• • • S U A L V Ə T A P Ş I R I Q L A R • • •
Bit nədir? 1 kilobayt neçə bitdir?
Videofilmin həcmi 4 Gbayt-dır. Bir disk 700 Mbayt informasiya
tutur. Bu filmi köçürmək üçün neçə disk lazımdır?
A) 1 B) 2 C)
6 D) 7
“5-ci sinif” söz birləşməsinin informasiya həcmi nə qədərdir?
A) 8 bayt B) 9 bayt C)
80 bit D) 64 bit
“Klaviatura” və “Kursor” sözlərinin informasiya həcmini tapın və
müqayisə edin.
Yazı makinasında yazılmış bir səhifədə təxminən 30 sətir, hər sətirdə isə 60 simvol olur.
Bir simvolun informasiya tutumunun 1 bayt
olduğunu nəzərə alaraq bir səhifədəki informasiyanın həcmini bitlə
ifadə edin.