İnsanlar hər gün real obyektlərin informasiya modelləri ilə işləyirlər. Eyni bir obyekt üçün məqsəddən asılı olaraq müxtəlif informasiya modelləri qurur, onlardan istifadə edirlər.
Tutaq ki, valideyninizlə yeni bir şəhərə gəlmisiniz və metro vasitəsilə harasa getmək istəyirsiniz. İlk növbədə, sizi nə maraqlandıracaq? Metro vaqonlarının formasımı, rəngimi, qatarların neçə vaqondan ibarət olmasımı, stansiyaların görünüşümü? Əlbəttə ki, yox! Sizə şəhər metropoliteninin sxemi lazım olacaq.
Bakı metropoliteninin sxemi