Obyektlərin müxtəlif formalarda təsviri
Aşağıdakı obyektlərdən birini seçin və onu vərəq üzərində müxtəlif formalarda təsvir edin.
1. Futbol meydançası.
2. Həftə ərzində keçiləcək dərslər.
3. Məktəbdən evə getdiyin yol.
4. Sevdiyin dondurma.
Müzakirə edək:
- Təsvir olunan formalardan hansı obyekt haqqında daha
ətraflı məlumat verir?
- Hər bir təqdim edilən forma nə zaman o birilərə nisbətən
daha əhəmiyyətli olur?