İnsan özü də hiss etmədən daim kodlaşdırma və kodaçma (dekodlaşdırma) ilə məşğul olur.
Məktəbdə müəllim şagirdin biliyini qiymətləndirməkdən ötrü koddan istifadə edir (“5” – əla, “4” – yaxşı, “3” – kafi, “2” – qeyri-kafi).
Musiqi əsərlərini yazmaq üçün istifadə olunan not yazısı da koddur. Yolların kənarındakı yol nişanlarının hər biri müəyyən yol hərəkəti qaydasını ifadə edir. Başqa sözlə, hər bir yol hərəkəti nişanı bir qaydanın kodudur.