Duyğu üzvlərinin verdiyi informasiya bəzən kifayət etmir, yaxud aldadıcı olur. Ona görə də insanlar ətraf aləm haqqında doğru-dürüst məlumat almaq üçün müxtəlif alətlər, cihazlar, qurğular ixtira etmişlər: xətkeş, tərəzi, kompas, termometr, teleskop, mikroskop və s. Belə qurğulardan biri də kompüterdir.
İnsanlar informasiya toplamaqla yanaşı, onu saxlayır, dəyişdirir – emal edir, başqalarına ötürürlər. İnformasiya ilə aparılan belə əməliyyatlara, yəni onların toplanması, saxlanması, ötürülməsi və emal olunmasına informasiya prosesləri deyilir