Yəhudilikdə Allaha ibadət edilərək səhər və axşam dua oxunur. Şənbə günü heç bir iş görülmür, oruc pəhriz şəklindədir. Yəhudilərin ibadət yeri sinaqoqdur.
Müsəlmanlar Ramazan ayında oruc tuturlar. Oruc tutanların hansı qaydalara əməl etməli olduqlarını sinif yoldaşlarınızla müzakirə edin.
Xristian dininə görə, insan dünyaya günahkar olaraq gəlir. Bu səbəbdən uşağın xaç suyuna salınması ayini keçirilir. İnsanlar öz günahlarından təmizlənmək üçün kilsəyə müraciət edirlər və keşiş onların günahlarını bağışlayır. Xristianlar kilsədə həftədə bir dəfə - bazar günü dualar oxuyurlar.
a) islam, xristianlıq, yəhudilik
b) şamanlıq, yəhudilik, islam
c) buddizm, xristianlıq, atəşpərəstlik
d) buddizm, şamanlıq, atəşpərəstlik