Sizə məlumdur ki, Azərbaycan tolerant ölkədir. Ölkəmizdə müsəlmanlarla yanaşı, digər dinlərə etiqad edən insanlar da yaşayırlar.
Ölkəmizdə müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, bütün dinlərə hörmətlə yanaşılır. Bu fikri necə əsaslandıra bilərsiniz?
Din Allahın buyurduqlarını həyata keçirmək üçün bir vasitədir.
İmmanuel Kant
Qədim İpək yolunun üzərində yerləşən və Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan torpağında tarix boyu müxtəlif dinlər mövcud olub. Azərbaycanın tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin tərkibi və s. belə bir şəraitin yaranmasına səbəb olub.
Ölkəmizin müxtəlif ərazilərində tarixən şamanlıq, atəşpərəstliklə yanaşı, yəhudilik, xristianlıq və islam dinləri də mövcud olmuşdur.
Əsrlər boyu öz adət-ənənələri ilə formalaşıb inkişaf edən xalqımız aşağıdakı xüsusiyyətləri özündə birləşdirmişdir: