Bu planetlər çoxlu sayda digər göy cisimləri ilə birlikdə Günəş sistemini əmələ gətirir.
Marsdakı dağların hündürlüyü 20-25 kilometrə çatır.
Günəşə ən yaxın planet Merkuri, Merkuridən sonra Veneradır. Günəşə yaxınlığına görə Veneradan sonra Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun planetləri gəlir.
Venera Yerə ən yaxın planetdir. Yer “8 kosmik səyyah” ailəsində 3-cü planetdir. Biz kürəşəkilli nəhəng, təbii “kosmik gəmi”nin sakinləriyik. Bizim planet Merkuri, Mars və Veneradan bir qədər böyükdür, Yupiter, Saturn və Urandan isə çox kiçikdir. Yer kürəsinin ətrafında bir dəfə tam dolanmaq üçün 40 min kilometr yol getmək lazımdır.
Planetlər Günəşin ətrafında fırlandığı kimi, planetlərin də ətrafında peyklər dolanır. Yerin peyki Aydır. Merkuri və Veneranın peyki yoxdur.
Günəş sistemində bir sıra hadisələr baş verir: Günəş və Ay tutulmaları, planetlərin paradı, hərəkəti və s.