16 Təbiətin qəzəbi
Biz vaxtaşırı dünyanın müxtəlif ölkələrində baş verən fövqəladə hadisələr haqqında kütləvi informasiya vasitələrindən məlumat alırıq.
Fövqəladə hadisə nədir? Bizim sağlamlığımızla nə əlaqəsi vardır?
1667-ct ildə baş verən Şamaxı zəlzələsi Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd olunur.
Təbiət hadisələrindən zəlzələ, vulkan püskürməsi, daşqın, sel, torpaq sürüşməsi, sunami, tufan, tornado və s. fövqəladə hadisələrə aid edilir.
Fövqəladə hadisələr təbii və texnogen olmaqla qruplaşdırılır.
Elm və texnikanın nailiyyətlərinə baxmayaraq, biz tez-tez təbii fəlakətlərin qarşısında aciz qalırıq. Bəzən təbii fəlakətlər minlərlə insanın həyatına son qoyur.