Canlıların yaşaması üçün temperatur vacibdir. Orqanizmlərin əksəriyyəti güclü şaxtalara, yaxud çox yüksək temperatura dözə bilmir və məhv olurlar.
Dağlara qalxdıqca temperatur azaldığından dağlıq ərazilərdə soyuğadavamlı bitki və heyvanlar yaşayır.
Canlıların həyatında su vacib ekoloji amillərdən biridir. Su həyatın mövcudluğunun şərtidir.
Qurbağaların əksər nəvləri harada yaşamasından asılı olmayaraq, su mühitində çoxalır.
Suyun canlıların həyatındakı rolunuyoldaşlarınızla müzakirə edin.
Ətraf mühitin canlı amilləri deyərkən, əsasən, bakteriyalar, göbələklər, bitkilər və heyvanlar nəzərdə tutulur. Bu canlılar bir-birinə təsir edirlər. Məsələn, otyeyən heyvanlar bitkilərlə, yırtıcı heyvanlar isə, əsasən, otyeyən heyvanlarla qidalanır. Ona görə də canlılar arasında daimi qida zənciri mövcuddur.
Təbiətdə müxtəlif dəyişikliklər baş verir. Bu dəyişikliklərə hadisələr deyilir. İlin fəsillərinin dəyişməsi, Günəşin çıxması və batması, şimşək və ildırım çaxmaları, Günəş və Ay tutulmaları, vulkan və zəlzələlər, suyun donması və buxarlanması, buzun əriməsi, çayların daşması, bitkilərin böyüməsi və çiçəkləməsi, heyvanların çoxalması, yazda cücülərin görünməsi təbiət hadisələridir.