Şəkillərdəki əşyalar nə üçün bu cür qruplaşdırılmışdır?
MADDƏLƏRİ NECƏ FƏRQLƏNDİRƏK?
Təbiətdə milyonlarla maddə mövcuddur. Onların bir qismi təbii, bir qismi isə süni maddələrdir.
Cisim və maddələr arasında daim qarşılıqlı əlaqə mövcuddur. Maddələrdən müxtəlif cisimlər düzəltmək, bir maddədən başqa maddə almaq mümkündür.
Təbiətdəki maddələr bir-birindən fərqlənir. Su, benzin, kerosin və s. maye, daş, dəmir, buz və s. isə bərk maddələrdir.
Təbiətdə olan bütün maddələrin, onların xassələrinin öyrənilməsi üçün müxtəlif üsullardan istifadə olunur.