14 Təbiətdəki cisim və maddələr
Şəklə əsasən otaqdakı cisimləri müəyyənləşdirin.
İlk dəmir əşyalar eramızdan 2000 il əvvəl Misirdə, Assuriyada, Hindistanda və Çində düzəldilmişdir.
Daş, ağac, top, qlobus, dəftər, radio, televizor və s. cisimlərdir. Onların bir hissəsini insan düzəltmişdir, digərləri isə təbiətdə mövcuddur.
Cisimlərin müəyyən forması və həcmi olur. Eyni həcmli, müxtəlif formalı cisimlərlə yanaşı, müxtəlif həcmli, eyni formalı cisimlərə də rast gəlmək mümkündür.
Ətrafımızdakı cisimlər müxtəlif maddələrdən təşkil olunmuşdur. Su, şüşə, rezin, kauçuk, şəkər, yağ və s. maddələrdir. Eyni maddədən müxtəlif cisimlər, müxtəlif maddələrdən isə eyni cisimlər hazırlana bilər. Məsələn, qələmin gövdəsi metaldan və plastik maddələrdən, qazanlar isə mis, alüminium və digər metallardan hazırlana bilər.