13 Yol hərəkəti qaydalarına əməl edək !
Çox zaman bədbəxt hadisələr yalnız sürücülərin deyil, həmçinin piyadaların təqsiri üzündən baş verir. Xüsusilə uşaqların yol hərəkəti qaydalarını bilməmələri, yaxud onlara əməl etməmələri xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur.
Odur ki yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi piyadaların diqqətli olmalarından və onların yolda davranış qaydalarına əməl etmələrindən asılıdır.
Görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda piyadalar hər iki tərəfdən yaxşı görünən sahələrdə yolu keçə bilərlər