İnsan daim müsbət və mənfi emosiyalarla qarşılaşır. Bunlara sevinc, qorxu, həyəcan və s. aid edə bilərik. Emosional cəhətdən sağlam insan mənfi emosiyaları özündən uzaqlaşdırmağı, hisslərini cilovlamağı, qəzəbinə hakim olmağı bacarır.
Musiqi, rəsm, bədii əsərlər, kinofilmlər və s. emosional sağlamlığa müsbət təsir göstərir. Daim mənfi emosiyalardan uzaq olmağa çalışın.
Unutmayın ki, fiziki məhdudiyyətli insanlar da cəmiyyətdən kənar qalmırlar. Dövlətin qayğısı nəticəsində onların da cəmiyyətin bir hissəsi olması üçün şərait yaradılır. Fiziki məhdudiyyət arzuların reallaşdırılması, hədəflərə çatmaq üçün maneə deyildir.
İdman növü | Əhəmiyyəti |
Üzgüçülük | |
Xizəksürmə | |
Atçılıq | |
Atıcılıq | |
Güləş | |
Bədii gimnastika |