Ödəniş kartlarından istifadə nə üçün səmərəlidir?
Bəzi insanlar pullarını evdə daxıllarda, bəziləri xüsusi tikilmiş torbalarda saxlayır, yalnız hər hansı bir vacib ehtiyac yarandıqda bu pullardan istifadə edirlər. Bu işdə də sizə banklar kömək edə bilər. Banklar əmanətlərin saxlanılmasına xidmət etməklə yanaşı, ehtiyacları ödəmək üçün kredit lər təklif edir, başqa sözlə, borc pul verir. Bu kreditlərdən düzgün istifadə etməklə bir çox ehtiyacları ödəyə bilərsiniz.
Pullarımızın banklarda saxlanılmasının nə kimi əhəmiyyəti vardır?
Pulların banklarda qorunması daha etibarlıdır. Banklar pulları qorumaqla yanaşı, onlardan əlavə gəlir mənbəyi də yaradır. Hər bir şəxs pullarını adına açılmış hesabda saxlayaraq, onları nağdlaşdırmadan da - bank vasitəsilə xərcləyə bilər.
Yəqin ki, mağazalarda nağd pul vermədən, kartlardan istifadə etməklə alışveriş edən insanları görmüşsünüz. Bəzi filmlərdə, televiziya verilişləri və reklam çarxlarında da bunu müşahidə etmişsiniz. Bu cür ödənişlərə “rəqəmsal ödənişlər” və ya “nağdsız ödənişlər” deyilir. Nağdsız ödəniş zamanı pul nağd verilmir.