UNICEF BMT-nin Beynəlxalq Uşaq Fondudur. Uşaq hüquqlarının qorunması üçün yaradılmış təşkilatdır.
Dövlətlərarası təşkilat olan Avropa Şurasının əsas məqsədi insan hüquqlarının müdafiəsidir. Təşkilatın Konvensiyasına görə, dövlət insan hüquq və azadlıqlarını qorumağa borcludur.
ATƏT - Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. İnsan hüquqlarının müdafiəsinə xüsusi diqqət ayırır. Təşkilatın yekun aktına görə, öz vətəndaşlarının hüquqlarını pozan dövlət beynəlxalq aləmdə sülhsevər siyasət yürüdə bilməz. Buna görə də müasir dövrdə hər hansı bir dövlətdə insan hüquqları pozularsa, digər dövlətlər onun vətəndaşlarının müdafiəsinə qalxır.
Azərbaycanda uşaqların hüquqları dövlətimiz tərəfindən qorunur. Ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə gördüyü işlər daim cəmiyyətin diqqət mərkəzindədir və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyevanın fəaliyyətini əks etdirən fotolar