7 Hüquqlarımız qorunur
Müəllim aşağıdakı siyahını Namiqə vermişdi. O bu siyahıya əsasən verilənləri "vəzifələrim" və "hüquqlarım" başlığı altında qruplaşdırmalı idi. Sizcə, o, siyahıdakıları necə qruplaşdıra bilər?
İnsanların hüquq və azadlıqlarının qorunması mühüm və aktual məsələlərdən biridir. Dövlətin əsas vəzifələrindən biri də məhz insanların hüquq və azadlıqlarını müdafiə etməkdir. Bunun üçün yalnız dövlət orqanları deyil, həmçinin qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır.
İnsan hüquq və azadlıqlarının qorunması müvafiq qanunverici və icra hakimiyyəti orqanlarının, həmçinin müstəqil məhkəmə sistemi sayəsində təmin edilir.
Milli Məclisdə müxtəlif komitələr fəaliyyət göstərir. Bunlardan biri də İnsan hüquqları komitəsidir.
Hər bir vətəndaşın
hüququnun qorunması
bizim üçün çox önəmlidir
Vətəndaşlarımızın
təhlükəsizliyi də dövlət
tərəfindən təmin edilir
və bundan sonra da
ediləcək.
İlham Əliyev
İnsanların hüquq və azadlıqlarını hansı qurumlar müdafiə edir?
Qeyri-hökumət təşkilatları ictimai birliklər və fərdi şəxslər tə rəfindən yaradılan qurumlardır. Bu təşkilatlara ictimai birliklər və müxtəlif fondlar aiddir. Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq, fəaliyyət göstərən bu təşkilatlar bayraq, emblem və digər rəmzlərə malik ola bilər.