6 Dövlətim mənə xidmət edir
Kim öz
Vətəninin
müdafiəsindən boyun
qaçırırsa, onun bu torpaqda
yaşamağa haqqı yoxdur.
Heydər Əliyev
Ümummilli lider
Biz hamımız Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Müstəqillik əldə etmiş Azərbaycan bu gün dünyanın sayılıb-seçilən dövlətlərindən biridir Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanı idarə edərkən doğma vətəni daim güclü, qüdrətli etmək, onu dünyanın inkişaf etmiş dövlətlərinin səviyyəsinə qaldırmaq amalı ilə yaşamışdır. Hazırda bu uğurlu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir
Azərbaycan Respublikasının Konstitusiyası Ali Qanun hesab olunur. Qanunlar cəmiyyətin sosial və ictimai həyatını tənzimləyir, vətəndaş-dövlət münasibətlərini nizama salır.
Qanunlara hörmət etməliyik, çünki qanunlar bizim hüquqlarımızı qoruyur.