5 Dövlət və dövlətçilik
Cəmiyyətdəki bütün birliklər bir qurumda birləşir və vahid dövlət hakimiyyətinə tabe olur. Yer kürəsində dövlətlər çoxdur. Dövlət insanların birgəyaşayış forması olub, onların qanunlara və hakimiyyətə tabeliyini təmin edir. Hər bir dövlət cəmiyyəti dövlət orqanları vasitəsilə idarə edir, qoruyur, onun ictimai və siyasi quruluşunu tənzimləyir.
Dövlət cəmiyyətin həyatını nizamlamaq üçün qanunlar qəbul edir.
Hansı dövlət orqanlarını tanıyırsınız və onların funksiyaları nədən ibarətdir?
Dövlətin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi alimlər hesab edirlər ki, dövlət ailənin böyüməsi nəticəsində yaranmışdır. Valideyn ailədə hər kəsə eyni cür qayğı göstərdiyi kimi, dövlət də hər kəsə eyni cür münasibət bəsləməlidir.
Sizcə, dövlətlər necə yaranmışdır? Fikirlərinizi əsaslandırın.
Azərbaycan Respublikası Milli Məclisinin binası