3 Mən də bir qrupdayam
Cəmiyyətin
xoşbəxtliyi fərdin
xoşbəxtliyindən daha
əhəmiyyətlidir.
Platon
Yəqin ki, tətil müddətində sinif yoldaşlarınız, müəllimləriniz və məktəbdəki dostlarınız üçün darıxmışdınız. Nəhayət, dərs ili başladı və bununla sizin vəzifələriniz də artdı. Artıq siz, eləcə də sinif yoldaşlarınız daha çox oxuyub-öyrənməli, qruplarda birgə işləməli, məktəb tədbirlərində məsuliyyətlə iştirak etməlisiniz. Bu günə qə dər hansı tədbirlərdə iştirak etmişsiniz?
Hesab edin ki, sinif yoldaşlannızla bərabər “Təbiəti qoruyaq” adlı divar qəzeti hazırlamalısınız. Bunun üçün nə etməlisiniz? Qrup üzvlərinin görəcəyi işləri planlaşdırın.
Siz sinif yoldaşlarınızdan ibarət bir qrup yaratmışsınız. Unutmayın ki, görüləcək işləri şagirdlər arasında ədalətlə bölmək lazımdır. Qrup daxilində olan hər bir şagird də öz məsuliyyətini bilməli və işini düzgün yerinə yetirməlidir. Belə qruplar kiçik sosial qruplar adlanır. Bu tip kiçik sosial qrupları siz nəinki divar qəzeti hazırlayarkən, həmçinin idman dərslərində, gəzintilərə getdikdə və həyətdə yoldaşlarınızla müxtəlif oyunlar oynayan zaman yarada bilərsiniz.
Futbol komandası yaradarkən yoldaşlarınızı hansı bacarıqlarına görə seçərdiniz?
Uşaq futbol klubları