Hər bir insanın cəmiyyət qarşısında öz vəzifələri vardır. Bu vəzifələrin yerinə yetirilməsində hər kəs məsuliyyət daşıyır.
Ailə dedikdə nə başa düşürsünüz? Sual işarələrinin yerinə daha nələri əlavə etmək olar?
Ailə istənilən
sivilizasiyanın və
cəmiyyətin əsas
özəyidir.
Rabindranat Taqor
Cəmiyyətin təməli olan ailədə yaşanan qarşılıqlı sevgi onun davamlı olmasını təmin edir. Doğulduğumuz gündən bizi tək qoymayan valideynlərimiz, hər zaman bizə sevgi ilə yanaşan nənə-babalarımız, sevincimizi və kədərimizi bir yerdə bölüşdüyümüz qohumlarımız ailəmizin ayrılmaz üzvləridir. Amma hər ailə böyük olmur. Əsas şərt onun kiçik və ya böyüklüyündə deyil, üzvləri arasındakı münasibətlərin düzgün qurulmasındadır.
Bir anlığa təsəvvür edin ki, ailədə hər kəs yalnız öz istəklərini yerinə yetirir. Digər ailə üzvlərinin arzuları isə nəzərə alınmır. Bu zaman baş verə biləcəkləri sinif yoldaşlarınızla müzakirə edin.