2 Ailə kiçik cəmiyyətdir
İnsan daim fəaliyyətdədir O yeyir, içir, danışır, oxuyur, düşünür, kiminləsə dostluq edir Bəzən kiminsə köməyinə ehtiyac duyur, yaxud kiməsə yardım edir İnsan bir ailəyə, xalqa, dövlətə mənsubdur O, valideynləri, qohum-əqrəbaları, qonşuları, dostları, həmvətən ləri tərəfindən əhatə olunur.
Belə insan birlikləri necə adlanır?
Ailə Xüsusi, mürəkkəb insan
münasibətləri aləmidir.
Heydər Əliyev
Ümummilli lider
Bütün insanlar birlikdə cəmiyyət təşkil edirlər. Bəzən bir-biri ilə ünsiyyətdə olan insanlardan ibarət kiçik qrupu da cəmiyyət adlandırırlar.
İnsanı digər canlılardan fərqləndirən onun şüurlu varlıq olmasıdır. İnsanın şüuru məhz digər insanların əhatəsində yaşadığı zaman tam formalaşır. Lakin cəmiyyətin yaranması üçün yalnız insanların bir yerə toplanması əsas şərt deyil. Minlərlə insan bir yerə toplaşa bilər, lakin aralarında ünsiyyət yoxdursa, onları ümumi bir məqsəd birləşdirmirsə, bu toplumu cəmiyyət adlandırmaq olmaz. Cəmiyyətdəki insanlar öz tələbatlarını ödəmək üçün bir-birinə bağlı, bir-biri ilə əlaqəlidirlər.