Lakin kompüterdən çox istifadə asılılıq yaradır. Bu isə insanların canlı ünsiyyətini azaldır. Unutmayın ki, canlı ünsiyyət və münasibətlərdən alınan təəssüratı heç nə əvəz edə bilməz. Buna baxmayaraq, virtual ünsiyyətin müsbət tə rəfləri də vardır. Siz internet vasitəsilə məsafədən tədris imkanları əldə edə bilərsiniz. Müxtəlif xalqların, ölkələrin nümayəndələri ilə dostlaşmaq, onlarla birgə şagird layihələrinə qoşulmaq mümkündür. Müasir dövrün texnoloji yenilikləri bizim işimizi asanlaşdırır, uzağı əlçatan edir.
Müasir dövrdə informasiya texnologiyalarının köməyi ilə şagirdlər və tələbələr məsafədən təhsilə cəlb olunurlar Bunun nə kimi üstünlükləri olduğunu yoldaşlarınızla müzakirə edin.