Nəqletmə xarakterli əsərlərin quruluşu
Nəqletmə xarakterli bədii nümunələr giriş, əsas hissə və nəticə çərçivəsində bir neçə hadisənin ardıcıl dözülməsi ilə yaranır. Oxuduğunuz bədii nümunədə hadisələrin ardıcıllığını müəyyənləşdirmək çox əhəmiyyətli bacarıqdır. Bu, mətnin dərk olunması və nəql edilməsi işini xeyli asanlaşdırır.
Hadisələrin sırasını müəyyən etməkdə açar sözlər yardımçınız ola bilər: bir dəfə, bir müddat sonra, sonra, axırda, nəhayət və s. Bu sözlər mətnin hissələrini bir-birindən ayırmağa kömək edir.
ƏZİZƏ CƏFƏRZADƏ. “İKİ ANA”
(Nəqletmə xarakterli bədii nümunələrdə hadisələr
və onların ardıcıllığı)
Tapşırıq 1. Əzizə Cəfərzadənin “İki ana” hekayəsini oxumazdan əvvəl oxuya hazırlıq işi aparın. Mətni oxuyun. Aşağıda verilən cədvəlin surətini çıxardın, yaxud dəftər vərəqinə çəkin. Haqqında danışılan məsələni müəyyən edib cədvəldə ardıcıllıqla qeydlər aparın.