Nəqletmə xarakterli essedə
obrazın yaradılması
Nəqletmə xarakterli bədii nömunələrdə müəllif öz oxucusunu xəyalında canlandırdığı zaman və məkana aparır. Nəqletmə xarakterli esse yazarkən həyatınızda baş vermiş hadisəni yadınıza salıb qələmə alırsınız. Yaxud başqalarının qarşılaşdığı hadisələr əsasında yeni bir mətn yaradırsınız. Bununla da sizin öçünüzün, yaxud da başqa obrazların dilindən söylənən nəqletmə xarakterli mətn meydana çıxır.
Tapşırıq 1.
1. Həyatınızda baş vermiş və sizdən cəsarətli olmağı tələb edən bir əhvalatı yadınıza salın. Ona başlıq verin. Həmin hadisədə iştirak etmiş insanların obrazlarını aşağıda verilən sxemə əsasən təsvir edin:
1. Obrazları adlandırın.
2. Təsvir xanasında obrazların xarici görkəmlərini təsvir edin.
3. Obrazların məqsədlərini müəyyən edin.
4. Obrazların düşüncələri haqqında qeydlər aparın.
5. Obrazların dilindən söylənən, onların düşüncələrini əks etdirən cümlələri qeyd edin.
6. Obrazlar hansı hərəkətləri ilə hiss və düşüncələrini nümayiş etdirirlər? Bu barədə də qeydlər aparın.
7. Obrazlar haqqında başqaları nə danışır? Bunları müvafiq xanaya yazın.
8. Digər məsələlərlə bağlı istədiyiniz qeydləri aparın.
* Nümunəni başqa formada əlavələr etməklə də tərtib edə bilərsiniz (səh. 84).