Layla Azərbaycan şifahi xalq ədəbiyyatının janrlarından biridir. Analar, nənələr körpə uşaqları yatırarkən onlara layla oxuyurlar. Laylalarda körpələr ilə bağlı arzu və istəklər ifadə edilir.
Laylay dedim yatasan,
Qızılgülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan,
Balam laylay, a laylay,
Körpəm laylay, a laylay.
Tapşırıq 2.
1. Təmsil, hekayə və layla janrlarını səciyyəvi cəhətlərinə görə müqayisə edin.
2. Əsərlər üzərində düşünün. Bu əsərlərdən hansı nəticəni çıxarmaq olar?
Tapşırıq 3. Aşağıda müxtəlif fonlarda verilmiş laylaları müqayisə edin.
Darağı neylər balam,
Tikanları daraqdır.
Balam hələ yatmayıb,
Balam hələ oyaqdır.
Mənim atılıb-düşən,
Oynağan dovşan balam,
Meh vurur, ətir saçır
Yuxuna yovşan, balam!
Qar-qar edər qarğalar,
Budaqları yırğalar.
Tez yatar, tez oyanar,
Tənbəl olmaz qarğalar.