— Cik-cik!
Qarğanın xoşu gəlmədi, qəzəbləndi:
— Yox, qarr elə!
— Cik, cik
— Qğacik, qğacik-çirik!
Qarğa sərçəni yenə də dimdikləyib itələdi:
— Qovun bu yetimçəni!
Bildirçin çağırıldı. O, qarğaya elə baş əydi ki, dimdiyi yerə dəydi.
Qarğa amiranə bir tərzdə bu səfər bildirçinə əmr etdi:
— Sən, qarr elə, qarr, qarr elə, görüm!
Bildirçinin nəğməsi ətrafa yayıldı. Üç dəfə:
— Bıl-bılıq!
Bıl-bılıq!
Bıl-bılıq! — dedi.
Qarğa qanadlarını çırparaq hirslə qışqırdı:
— Yox, olmadı, sən təzədən qarr elə! Ucadan de, qarr elə!
Bildirçin nə qədər çalışsa da, qarğanın dilində oxuya bilmədi. Yenə yazıq-yazıq:
— Bıl-bılıq! Bıl-bılıq! — elədi.
O, bildirçini də dimdikləyib “məktəb”indən qovdu.