QARĞANIN MƏKTƏBİ
Gözəl yaz günlərindən biri idi. Meşədə canlanma var idi. Uçub gələn quşlar artıq özlərinə yuva qurur, bala çıxarmağa hazırlaşırdılar. Sərçələrin, bildirçinlərin, dolaşaların, bülbüllərin nəğməsi meşəyə yayılmışdı.
Bir gün meşəyə xəbər yayıldı ki, qarğa “məktəb” açıb quşlara dil öyrətmək istəyir. Xəbərdən sevincək olan quşlar qarğadan dərs almağa gəldilər.
Qarğa dərsə başladı, nə başladı. Əvvəlcə sərçəni çağırdı. Sərçəyə möhkəm bir dimdik vurub dedi:
— Qarr, qarr elə, qarr elə!
Sərçə isə öz dilində cikkildədi: