TEYMUR ELÇİN. “QARĞANIN MƏKTƏBİ”,
ƏZİZƏ ƏHMƏDOVA. “ANA LAYLASI”
(Ayrı-ayrı əsərlərdəki əsas obrazların oxşar
və fərqli cəhətlərinin müəyyən edilməsi)
Məktəbli dostlar! Bundan əvvəlki dərsdə siz bir əsərdən iki obrazı qarşılıqlı müqayisə etdiniz. Onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirdiniz. Bu dərsdə isə ayrı-ayrı əsərlərin qəhrəmanlarının başlıca xüsusiyyətlərini müəyyən edəcək, onları qarşılaşdıracaq, oxşar və fərqli cəhətlərini aşkar edəcəksiniz. Ola bilər ki, oxuduğunuz bir əsərdə əsas obraz yüksək dəyərlərin daşıyıcısı, digər əsərdə isə mənfi cəhətlərin sahibi olsun. Yaxud hər iki əsərin əsas obrazları əsasən müsbət, ya da mənfi keyfiyyətlərə malik olsun. Biz bir əsəri digər əsərlə əlaqələndirməyi, oxuduğumuz əsərin qəhrəmanını özümüzlə, tanıdığımız insanlarla müqayisə etməyi öyrənirik. Bununla da oxuduğumuz bədii nömunələrdən ibrət götürürük.
Tapşırıq 1.
1. Təqdim edilən “Qarğanın məktəbi” və “Ana laylası” əsərlərini oxumazdan əvvəl oxuya hazırlıq işləri aparmağı unutmayın.
2. Bədii nümunələri oxuyun. Hər iki əsərdəki obrazları müəyyən edib adlarını xanalara yazın.
3. Obrazların başlıca xösusiyyətləri ilə bağlı təqdim edilən cədvəlin uyğun gələn xanalarında da qeydlər aparın.
4. Cədvəlləri əlaqələndirib oxşar cəhətləri olan obrazları müəyyən edin.
5. Həmin cədvəlləri təkrar əlaqələndirməklə fərqli cəhətləri olan obrazları müəyyənləşdirin.