Doğrudan da, sabahı günü Rzanın atası bankdan pulları alıb, pul sahiblərini razı və sakit etdisə də, özü rahat və sakit ola bilmədi, çünki qardaşının belə yaxşı sifətini görüb, onun ilə etdiyi rəftardan xəcalət çəkdi.
İbrahimbəy Musabəyov
Tapşırıq 2.
1. Oxuduqlarınızı ətrafınızda baş verən hadisələrlə, oxuduğunuz digər mətnlərlə əlaqələndirin.
2. Oxuduğunuz mətn haqqında düşünün. Bu hekayədən hansı qənaətə gəlmək olar?
3. Mətnin sonluğunda nə kimi dəyişiklik etmək istərdiniz?
Yaradıcı tətbiqetmə:
Sinifdənxaric oxu üçün daxil edilmiş Gülhüseyn Hüseynoğlunun “Bərk ayaqda” mətnini oxuyun. Təqdim edilmiş nümunə üzrə iki obrazı təsvir edin və qarşılaşdırın. Gəldiyiniz qənaətləri vərəqə yazıb müəllimə təqdim edin.