4. Təklikdə gəldiyiniz qənaətləri qrupda yoldaşlarınızla müzakirə edin və ümumi qənaətə gəlin.
RZANIN QUTUSU
Bir dövlətli kişinin iki oğlu var idi: birinin adı Əhməd, o birisinin adı Səməd idi. Bu iki qardaş atalarının sağlığında bir-birini artıq dərəcədə sevərdilər və atalarının hörmətini saxlayardılar. Bir gün bunların atası vəfat etdi. Atalarının ölümündən sonra bu iki mehriban qardaş atalarından qalan
dövləti öz aralarında iki yerə böldülər. Bölgüdən bir qədər sonra böyük qardaş özü üçün toy eləyib, külfət sahibi oldu. Balaca qardaş isə dövlətin hamısını nağd pul eləyib, alışveriş üçün Hindistana getdi. Balaca qardaş özü üçün ticarət edib pul qazandığı halda, böyük qardaş heç bir işlə məşğul olmayıb, atadan qalan dövləti xərcləməkdə idi. Bundan bir neçə il keçdi. Böyük qardaşın beş yaşında Rza adlı bir oğlu var idi. Rza ata və anasının sayəsində yaxşı tərbiyə almışdı. Atası pullarını xərclədiyi halda, Rza əlinə düşən qəpikləri bir qutuya yığmaqda idi. Əhməd kəsb etmədiyindən pulları
qurtardı. Yavaş-yavaş özgədən borc alıb xərcləməyə başladı. Borc almaq eyib deyil, ancaq Əhməd aldığını vermədiyi üçün az zamanda cəmiyyətin hörmət və etibarından düşdü. Əhməd yavaş-yavaş ev əşyalarını satmağa başladı. Bir tərəfdən də pul
sahibləri Əhmədin yanına gəlib-getməkdən təngə gəlmişdilər. Buna görə də pulun sənədlərini divana verib qanun ilə pullarını istədilər. İndi zavallı kişinin əlacı hər yerdən kəsildi. Buna kömək edəcək adam yox idi. Bu halda qardaşı Səməddən belə bir teleqram aldı: “Daha öz şəhərimizə gəlirəm və sabah sənə qonaq olacağam!”
Əhməd bu teleqramı alıb çox şad oldu və arvadına dedi:
— Qardaşım üçün tədarük gör. Sabah gəlib bizdə qonaq qalacaq. Bizə bu halımızda ancaq o kömək edə bilər. Çünki onun dövləti çoxdur.