İBRAHİMBƏY MUSABƏYOV. “RZANIN QUTUSU”
(Əsərdəki obrazların xüsusiyyətlərinin müqayisəsi)
Həyatda olduğu kimi, əsərlərdə də insanlar xarici görünüşünə, düşüncələrinə, hisslərinə, məsələlərə mönasibətinə görə oxşar və fərqli olurlar. Bədii əsərdə bu oxşarlıqların və fərqlərin xüsusi əhəmiyyəti var. Bu, oxucuya həyatda qarşılaşdığı insanların ayrı-ayrı xüsusiyyətlərini müəyyən etməyə və ondan çıxış edərək həmin insanın şəxsiyyəti barədə nəticələrə gəlməyə kömək edir. Yazıçı ayrı-ayrı obrazların oxşar və fərqli cəhətlərindən ideyanı yaradan fikirlərin formalaşmasında istifadə edir.
Tapşırıq 1.
1. Verilən əsərin oxusuna başlamazdan əvvəl oxuya hazırlıq işləri aparmağı unutmayın.
2. Əsas obrazları müəyyənləşdirin. Müəllimin təqdim etdiyi iş vərəqləri üzrə onları təsvir edin.
3. Həmin obrazların oxşar və fərqli cəhətlərini müəyyən etməyə çalışın.