Hər dəfə yazını qiymətləndirin. Əməkdaşlığa, sinif yoldaşlarınızla mözakirəyə hazır olun.
Yazdığınız mətni ikinci dəfə oxuyarkən məqsədiniz yazını üslub baxımından yaxşılaşdırmaqdır. Təsviri mətn yazmaq üçün çoxsaylı sifətlərdən (təyinlərdən), yəqin ki, istifadə etmisiniz. Mətni oxuyanda diqqət edin ki, eyni məna verən sifətlər yersiz yerə təkrarlanmasın. Əgər belə hallar varsa, dözəlişlər aparmaq lazımdır.
Məsələn: Müxtəlif rəngarəng çiçəklər görünürdü.
Bu mətndə “möxtəlif” və “rəngarəng” sözləri, əslində, eyni məna daşıyır. Yadda saxlayın ki, təkrarlar yazının üslubuna xələl gətirir, onu oxunaqsız edir.
Qiymətləndirmə sualları |
Məsləhətlər | Yoxlama üsulları, texnikaları |
Cümlələrdə lazımsız təkrarlanan sifətlər (təyinlər) varmı? | Təkrarlanan sifətləri (təyinləri) dairəyə alın. (Buraya vergüllə, və, həm, həm də və s. bağlayıcılarla bağlanan sifətlər daxildir.) Bu sifətlərin eyni məna verib-vermədiyini yoxlayın. | Təkrarlanan sifətlərin (təyinlərin) birini silin və ya yerini dəyişin. Sifətlərdən birini əksmənalı sözlə əvəz edin və cümlənin tərtibatında dəyişikliklər edin. Məsələn: «O, çox zəhmətkeş və çalışqan idi» cümləsini «O, çox zəhmətkeş idi. Heç kəs onun tənbəl olduğunu deyə bilməzdi» kimi tərtib etmək olar. |
Cütlərlə yoxlama
Yoldaşınızdan xahiş edin ki, yazdığınız mətni oxusun və bu suallara cavab versin:
1. Bu yazıda hansı vasitələri daha çox bəyəndin və nə üçün?
2. Bu yazı müəllifin hansı cəhətlərini nəzərə çatdırır?