Sol sütundakı suallar mətnin məzmununu və təşkilini qiymətləndirməyə imkan verəcək. Orta sötundakı məsləhətlər problemlərin aşkar edilməsində sizin bələdçiniz olacaq. Hər hansı dəyişiklik etmək istədikdə isə sağ sütunda verilən üsullar və texnikalar yardımçınız olacaq.
Tapşırıq 1. Yazdığınız mətnin məzmununu və tərtibini yoxlayın. Ehtiyac duyulduğu halda düzəlişlər edin. Apardığınız düzəlişləri araşdırın.
Əşya və hadisələrin təsviri Məzmun, mətnin təşkili üzrə özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə |
||
Qiymətləndirmə sualları |
Məsləhətlər | Yoxlama üsulları, texnikaları |
|
Girişdə çatdırmaq istədiyin əsas fikrə zəmin yaradan cümləni tapın və onun altından xətt çəkin. Əgər tapa bilmirsinizsə, o zaman həmin fikri formalaşdırıb yazın. | Giriş hissəyə elə bir cümlə əlavə edin ki, o, əsas fikir üçün zəmin yaratsın. |
|
Mətni oxuduqca hiss və duyğuları təsvir edən nümunələrin üzərində «H», faktları təsvir edən nümunələrin üzərinə «F», bədii təsvir vasitələrinin üzərində «B» yazın. Nəzər salın. Bunlardan hansılarının üzərində iş aparmağa ehtiyac var. Elə edin ki, «H»-lər həddən artıq çox, «F» və «B»-lər həddən artıq az olmasın. | Müxtəlif hislərin təsvirinə yer verilməsinə diqqət edin. Hansı yoxdursa, əlavə edin. Əsas fikri çatdırmağa yardım edən bədii təsvir vasitələrinin olmasına xüsusi diqqət yetirin. Əgər yazıda təsvir vasitələrinə az yer verilibsə, uyğun nümunələr yaratmaqla digər fikirləri onlarla əvəz edin. |