QIŞ SƏHƏRİ
Nə gözəl şaxtalı, günəşli gündür!
Dostum, sən hələ də mürgüləyirsən.
Vaxtdır, sən, ey gözəl, yuxudan ayıl,
Açılsın naz ilə yumulu gözlər,
İşıq pərisinin qarşısına sən,
Şimal ulduzutək çıx, tamaşa qıl!
Dünən, yadındamı, coşmuşdu tufan;
Qatı qaranlıqdı bütün asiman.
O boz buludların arasından Ay,
Sarı bir ləkətək axırdı qəmlə,
Sənsə pəncərədə durub qüssəli...
Bu günsə... Aləmə tamaşa eylə: