1. Təsvir vasitələrinin mətnə daxil edilməsi üçün ümumidən xüsusiyə doğru ardıcıllığı müəyyən etmək. Əgər siz mətndə hər hansı bir əşya, yaxud canlıdan danışmaq istəyirsinizsə, ümumidən xüsusiyə ardıcıllığı daha səmərəlidir. Əvvəlcə əşyanın yerləşdiyi, yaxud hadisənin baş verdiyi məkanı təsvir etməlisiniz:
— Əvvəlcə həmin məkanın uzaqdan görünüşünü təsvir edin;
— Sonra isə oxucunun nəzərlərini haqqında danışılan əşya, yaxud canlıya yönəldin;
— Məkanın təsvirini davam etdirərək konkret cümlələrlə o yerin “xəritəsini” yaradın (Nə harada yerləşir?);
— Ola bilər ki, təsvir etdiyiniz hadisə eyni məkanda baş verməsin. Başqa məkanın da təsvirinə ehtiyac yaransın. Bunların üzərində düşünün.
2. Təsvir edilən məkanda ayrı-ayrı məqamların əhəmiyyətlilik baxımından ardıcıllığını müəyyən etmək.
— Təsvir etmək istədiyiniz məsələlərin siyahısını tərtib edin;
— Həmin siyahıda əvvəl daha əhəmiyyətli məsələləri, sonra isə az əhəmiyyətli məsələləri sıra ilə düzün;
- Ola bilər ki, əvvəl az əhəmiyyətli məsələlərdən, sonra isə daha əhəmiyyətli məsələlərdən söz açasınız.