Gördüm nəsə sözü var,
deməyə çatmır gücü,
Bir anın intizarı
min il qədər üzücü.
Bəd xəbəri deyəndə
insanlar fağır olur,
Bir sözün ağırlığı
min dağdan ağır olur.
“Xəbər verdilər, ata,
köçdü Heydər Əliyev,
Vida dedi həyata!”
Bu söz başımın üstə
çaxdı ildırım kimi,
Parçaladı sinəmi,
dağıtdı şırım kimi.
İnanmadım bu sözün
yanğısına, dağına,
Güllə kimi atıldım
ekranın qabağına.
Qəfil bu qara yellər
hardan əsdi, bilmədim,