Çiçək desən — könül açan çiçəyi,
Külək desən — ev uçuran küləyi,
Qasırğada ağ dalğalı ləçəyi,
Sakit gündə gözü mavi Xəzərdir.
Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqlann kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki şəkərdir.
Dost görəndə tükənməyir hörməti,
Düşmən görsə, dərya olur nifrəti.
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.
Əliağa Kürçaylı
Yaradıcı tətbiqetmə:
Şeirə bir daha nəzər salın. Sinifdənxaric oxu materiallarından Məmməd Arazın “Göygöl” şeirini oxuyun, duyğuların (görmə, eşitmə, dad, qoxu, toxunma) təsvir edildiyi məqamları müəyyənləşdirin. Tapşırıq 1-də verilmiş cədvəli yerinə yetirin.