ƏLİAĞA KÜRÇAYLI. “BAKI”
(Duyğuların təsviri)
Lap körpə yaşlarından siz ətraf aləmi görmək, eşitmək, dadmaq, qoxulamaq, toxunmaq yolu ilə dərk etmisiniz. Bu duyğu üzvləri dünyanı dərk etməyin əsas vasitələridir. Təsəvvür edin ki, bir meşəyə gəzməyə getmisiniz. Qayıdandan sonra dostlarınızla bu barədə danişmaq istəyirsiniz. Meşədəki ağacların yaşıllığı, quşların səsi, meyvələrin şirinliyi, torpağın yumşaqlığı, çiçəklərin ətri haqqında dediklərinizin hamısı duyğu üzvlərinizin vasitəsilə sizin yaddaşınıza köçən məlumatlardır. Ağacın yaşıllığını görməklə, quşların səsini eşitməklə, meyvələrin şirinliyini dadmaqla, torpağın yumşaqlığını toxunmaqla, çiçəklərin ətrini qoxulamaqla dərk etmisiniz. Bu barədə danışdığınız zaman dostlarınızın da hissiyyatına təsir edib onlarda meşə haqqında təsəvvür yarada bilirsiniz. Yazıçılar da belə edirlər. Hər hansı bir əşya və hadisə haqqında oxucuda tam təsəvvür yaratmaq üçün bu duyğuların nəzərə alınmasına xösusi əhəmiyyət verirlər. İki cümləni müqayisə edin.
1. Həyətimizdə qızılgüllər açıb.
2. Həyətimizdə açmış çəhrayı qızılgüllərin ətri adamı bihuş edir (görmə və qoxu).
Gördüyünüz kimi, ikinci cümlə həyətinizdəki qızılgül haqqında daha ətraflı təsəvvür yaradır, oxucuya kömək edir ki, təsvir olunanı yalnız dərk etməsin, həm də duysun.
Tapşirıq 1. Təqdim edilən mətni oxumazdan əvvəl oxuya haçırlıq işləri aparın. Mətni oxu qaydalarına müvafiq oxuyun. Duyğuların təsvir edildiyi məqamları müəyyən edin. Aşağıdakı cədvəldə onların hansı duyğu üzvü ilə bağlı olduğunu göstərin.
Bənd | Nümunə | Təsvir edilən duyğu (görmə, eşitmə, dad, qoxu, toxunma) |
BAKI
Uzaq elli əziz dostum soruşdu:
— Siçin Bakı söylə, necə şəhərdir?
Dedim: — Qardaş, mənim doğma şəhərim
Yaçılmamış, oxunmamış əsərdir.