Bax ulduzlar nur çiləyir,
Bu yer hara, qüssə hara!
Qızıl payız nəğmə deyir
Qızıl qəlbli insanlara!
“Qızıl payız” əsərində təsvir vasitələri | ||
Bənd | Bənzətmə | Epitet |
Yadda saxlayın:
Ümumiyyətlə, həyatda hər şey qədərində istifadə ediləndə faydalı olur. Təsəvvür edin ki, ananız sizin üçün hazırladığı qayğanağa duz və istiotu lazım olduğundan çox əlavə edib. O yeməyi əziyyətlə yeyə bilərsiniz, ancaq o sizə nuş olmaz. Ədvaların çoxluğu orqanizmə zərər verir. Bədii təsvir vasitələri də belədir. Mətndə bədii təsvir vasitəsindən yersiz istifadə mətnin keyfiyyətini aşağı salar. Odur ki, yazdığınız mətnin “duz”unu, “istiof’unu qədərində qatın.
Mətndə haqqında danışılanı oxucuya daha yaxşı çatdırmaqda hisslərin (görmə, eşitmə, qoxu, toxunma, dad) təsviri böyük əhəmiyyət daşıyır. Hisslərin təsviri mətni daha dərindən qavramaqla bərabər, oxucuda güclü təəssürat yaradır. Məsələn:
* * *
Daş nov təzəcə dil açan körpə kimi şirin-şirin qığıldayırdı, bulağın dumduru suyu torpağın göz yaşı kimi sızırdı, xırdaca daşların arasından yumru-yumru pıqqıldayıb çıxırdı.
Birdən-birə dizlərim əsməcə tutdu, bulağın gözünə diklənən döşdə boz canavar quyruğu üstə çöməlib mənə baxırdı, qırmızı dilini sallayıb ləhləyirdi. Onun balta dişlərinin arasından isti-isti buğ çıxırdı. Əyilib quyruğunun yanını didişdirdi və yenə qəzəblə gözlərini gözümə dikdi. Ağacların qızıl yarpaqları da elə bil xoflandı, yarpaqlar canavar qulağı kimi şəkləndi.
İmamverdi İsmayılov
(“Göyərçin köçü”ndən)