Ötüb getdi günlərimi saymağım,
Dildən-dilə dastan oldu oymağım,
Təmiz südüm, şəkər kimi qaymağım,
Dövlətimin ixtiyarı məndədir.
Axşamüstü Bakıya bax doyunca,
Ulduzlarım yanır sahil boyunca.
Dağ üstündə o qərənfil, o yonca —
Vətənimin laləzarı məndədir.
Mən xoşbəxtəm azadlığım gələli,
Tarix yazır ellərimin öz əli,
Bayrağımdır uca şərqin gözəli,
Azadlığın düz qərarı məndədir.
Səməd Vurğun