Bədii əsərlərdə fikrin obrazlı ifadəsi
Əsərlərdə təsvirin oxucuya daha təsirli çatdırılması üçün müəlliflər bədii təsvir vasitələrindən istifadə edirlər. Bu dərslərdə siz bədii təsvir vasitələri haqqında məlumat alacaq, onlardan istifadə etməyi öyrənəcəksiniz.
SƏMƏD VURĞUN. “AZƏRBAYCAN”
(Bədii təsvir vasitələri - məcazlar)
Tapşırıq 1. Oxuya hazırlıq işləri aparın. Şeiri oxuyun. Şeirdə bədii təsviri müəyyən etməyə çalışın. Bunun üçün şeirin sonunda verilmiş məlumatdan istifadə edə bilərsiniz. Qarşılaşdırılan, bənzədilən məqamları seçib cədvəldə yazın. Müəyyən etdiyiniz nümunələrin sayından asılı olaraq sətirlərin sayını artırın.
“Azərbaycan” şeirində müqayisə edilən və bənzədilən məqamlar | |
Bənd | Təsvir edilən məqamlara aid nümunə |
AZƏRBAYCAN
Dostlar! Gəlin sizə bir-bir danışım,
Min bağın, bağçanın barı məndədir.
Sinəm oylağıdır gözəlliklərin,
Hər sevən ürəyin yarı məndədir.